Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonundakı Ukrayna dairəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - 1972-ci il təvəllüdlü Əmirzadə Vüqar Vahid oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin travması diaqnozu qoyulub.

Digər xəbərlər