Bakıda 19 yaşlı oğlan özünü asıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda 19 yaşlı oğlan özünü asıb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, M.İbrahim küçəsi 41 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Mürsəl oğlu özünü yaşadığı evdə asaraq öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48