Bakıda 19 yaşlı gənc kafedə bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Balaxanı qəsəbəsində fəaliyyət göstərən kafelərin birində gənclər arasında dava zamanı 2003-cü il təvəllüdlü İsazadə İlham Ruslan oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47