Bakıda 19 yaşlı gənc bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 47 saylı orta məktəbin yaxınlığında baş verən dava zamanı 2003-cü il təvəllüdlü Əzizov Zakir Şahin oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41