Bakıda 19 yaşlı gənc bıçaqlanıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bakıda 19 yaşlı gənc bıçaqlanıb. 

"Report" xəbər verir ki, Xətai rayonunun Sadıqcan küçəsində yerləşən yataqxanadan 1997-ci il təvəllüdlü Ağaverdi Şükürzadə qarın nahiyəsinin kəsici-deşici yaraları ilə “Azərsutikinti" xəstəxanasına gətirilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37