Bakıda 18 yaşlı qız oğurlanıb

Bakıda gənc qız oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü S.Ə. adlı qız Mətləb adlı şəxs tərəfindən qaçırılıb.

Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. 

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04