Bakıda 18 yaşlı gənci tok vuraraq öldürdü

Bakıda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 18 yaşlı Rzayev İlyas Elsevər oğlu həmin ərazidə yerləşən maşın sexlərinin birində tok vurub, gənc hadisə yerindəcə keçinib. Hadisə şahidlərinin sözlərinə görə, İ.Rzayev müştəri qismində sexə gəlib, əli kompressora dəyib və bunun nəticəsində onu tok vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48