Bakıda 17 yaşlı oğlan özünü bıçaqlayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda gənc oğlan özünü bıçaqlayıb.

"Report"un xəbərinə görə, intihara cəhd hadisəsi Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Həsən Əliyev küçəsindəki evlərdən birində yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Murad Firuddin oğlu özünə bıçaqla xəsarət yetirərək intihara cəhd göstərib. Yaxınları onu xəstəxanaya yerləşdirib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39