Bakıda 17 yaşlı gənc ayağından bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Cəlalov Sərvan naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. 

Ona sağ budunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19