Bakıda 16 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Sabunçu rayonunda 16 yaşlı motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2007-ci il təvəllüdlü Əliyev Yusif Əliağa oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Xəsarət alan Y.Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.

Hadisə araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47