Bakıda 16 yaşlı gənc qızı avtomobil vurub.
"Report"un məlumatına görə, Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Hüseynova Güllü Ramiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.