Bakıda 16 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Rayonun Sabit Rəhimov küçəsində mübahisə zəminində bıçaqlanan 2005-ci il təvəllüdlü Hüseynov Rüfət İslam oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onda sağrı nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub. Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər