Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonuнун 8-ъи микрорайон ərazisində 16 mərtəbəli binada yanğın baş verib.

“Report” xəbər verir ki, yanğın Cəfər Xəndan küçəsində yerləşən binanın 7-ci mərtəbəsində sayğacın yanması nəticəsində başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə binanın pilləkən qəfəsinin 7-ci mərtəbəsində 9 ədəd elektrik sayğacı və elektrik açarı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37