Bakıda yeniyetmə qız dəm qazından zəhərlənib

Bakıda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

2005-ci il təvəllüdlü Həsənli Mədinə Rəşad qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47