Bakıda 14 yaşlı yeniyetmə qızı avtomobil vurub

Bakının Xəzər rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun Türkan qəsəbəsində avtomobil 14 yaşlı Quliyeva İlahə İntiqam qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47