Bakıda 10 yaşlı uşaq yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xocahəsən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2011-ci il təvəllüdlü Quluzadə Məhluqə İlkin qızı müxtəlif xəsarətlər alıb. Azyaşlı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47