Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb

Bakı. 23 iyul. REPORT.AZ/ Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.

"Report" xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, bina 3 mənzil 37 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47