Bakı xəstəxanasında ölmüş kişinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb - FOTO

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıdakı xəstəxanalarından birində dünyasını dəyişmiş kişinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, bu ilin sentyabr ayının 23-də saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs dünyasını dəyişib.

Həmin şəxsin əlamətləri belədir: boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14