Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib - FOTO

Bakı-Sumqayıt yolunda zəncirvari avtomobil qəzası baş verib.

"Report"un xəbərinə görə, paytaxt istiqamətində hərəkət edən 7-8 avtomobil toqquşub.

Nəticədə bir neçə avtomobilə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41