Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı

Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan dairəsində qeydə alınıb.

Belə ki, 10-LF-191 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil 99-PF-855 dövlət nömrə nişanlı “Ravon N 3” markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. 

Nəticədə yolda tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47