Bakı-Sumqayıt yolunda avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

O bildirib ki, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10,5-ci kilometrindən 11,5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb:

"Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Hazırda ərazidə yol polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparır".

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37