Bakı-Sumqayıt yolunda avtomobillər toqquşdu, tıxac yarandı - FOTO

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 10-UO-769 dövlət nömrə nişanlı avtomobil 90-DC-680 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilə arxadan çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində tıxac yaranıb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37