Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına bilet satışı kassaları qarşısında uzun növbələr yaranıb

Bakı. 27 iyun. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarına bilet satışı kassaları qarşısında uzun növbələr yaranıb.

"Report"un hadisə yerində olan əməkdaşının məlumatına görə, buna səbəb Bakı-Sumqayıt avtomobil yolunda təmir işlərinin aparılmasıdır.

Təmir işləri ilə əlaqədar həmin avtomobil yolu üzrə hərəkət məhdudlaşdırıldığından sakinlər qatarla getməyə üstünlük veriblər. 

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54