Bakı şəhər Telefon İstehsalat Birliyinə məxsus telefon naqilləri oğurlandı

Bakıda telefon rabitə naqillərini oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər Telefon İstehsalat Birliyinə məxsus 185 metr telefon rabitə naqilini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri M.Birbalazadə və qardaşı müəyyən edilərək saxlanılıblar.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14