Bakı. 24 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi (TDİTDA) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.
"Report”un məlumatına görə, ƏMDK-nin qurumu sərəncamın və ayrıc aktlarının etibarsız sayılması barədə tələb irəli sürüb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.