Bakı-Sumqayıt yolunda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü İbrahimov Həsrət Nazim oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Digər xəbərlər