Bakı. 22 aprel. REPORT.AZ/ Bakı sakinlərindən ov tüfəngi və qumbara götürülüb.
“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Şamil Hüseynov "İJ-12" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Bundan başqa, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Rzayevdən "RQD" markalı qumbara götürülüb.