Bakı. 17 iyul. REPORT.AZ/ Bakı sakininin içərisində zinyət əşyaları və pul olan çantası oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Ziyadxan Əliyevin içərisində 800 manat, qızıl saat, gümüş dəsti və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Əliyev saxlanılıb.