Bakı sakininin çantasından narkotik çıxdı

Bakı sakinində narkotik vasitə aşkarlanılıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Məmmədov saxlanılıb.

Onun əl çantansına baxış keçirilən zaman 12 bükümdə 7,525 qram heroin və 2 bükümdə 1,281 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39