Bakı sakinini evinin yanında öldürən şəxs saxlanılıb

Bakı. 2 iyul. REPORT.AZ/ İyunun 30-da Binəqədi rayonunun Hökməli qəsəbəsində Musa Babayev yaşadığı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Ağaramazan İsmayılov saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47