Bakı sakininə qarşı 90 min dollarlıq dələduzluq edilib

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakıda 48 yaşlı kişiyə qarşı 90 min dollarlıq dələduzluq edilib.

"Report"un xəbərinə görə, Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Kazımov Rasim Rəşid oğlu Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin oktyabr ayında Masallı rayon sakini 1984-cü il təvəllüdlü Səfərov Taleh Eyvaz oğlu onu aldadaraq 90 000 ABŞ dolları pulunu alıb və geri qaytarmayıb. 

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47