Bakı sakininə qarşı 113 min dollarlıq dələduzluq edilib

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı sakininə qarşı 113 min dollarlıq dələduzluq edilib.

“Report”un xəbərinə görə, hadisə 2016-cı ilin noyabr ayında paytaxtın Nizami rayonunda qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü E.Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 1968-ci il təvəllüdlü S.Hüseynov onu aldadaraq  iş qurmaq adı ilə 113 min ABŞ dolları pulunu alıb və indiyədək geri qaytarmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47