Bakı sakininə qarşı 1 mln manatdan çox dələduzluq edilib

Bakı. 3 yanvar. REPORT.AZ/ Nərimanov rayonunda külli miqdarda dələduzluq faktı qeydə alınıb.

“Report” xəbər verir ki, Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Ramiz Mansurov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-cı ilin yanvar ayından iyun ayınadək Şəmistan, Sərxan, Çingiz, Ədalət, Vidadi, Gündüz, Ceyhun və Hafiz adlı şəxslər onun etibarından sui-istifadə edərək 474 min manat və 540 min ABŞ dolları dəyərində tikinti materialları alıb indiyədək pulunu odəməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47