Bakı sakinindən silah-sursat götürüldü

Bakı sakinində silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Vəliyevin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50