Bakı sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı sakinindən külli miqdarda narkotik vasitə götürülüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Fərid Həsənovdan 700,017 qram tiryək götürülüb.

Hazırda narkotik maddənin mənbəyi araşdırılır.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26