Bakı sakinindən avtomat silahı aşkar edilərək götürülüb

Bakı. 25 fevral. REPORT.AZ/ Bakı sakinindən avtomat silahı aşkar edilərək götürülüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camal Bədirovdan qundağı kəsilmiş "AK-74" markalı silah, 10 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39