Bakı sakinindən "AKMS" markalı avtomat götürülüb

Bakı. 31 mart. REPORT.AZ/ Bakı şəhər sakinindən avtomat götürülüb. 

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Seyfullayevdən nömrəsi silinmiş “AKMS” markalı silah, 1 patron darağı və 25 ədəd patron götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48