Bakı sakini Xaçmazda yol qəzasında ölüb

Bakı. 19. iyun. REPORT.AZ/ Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Qusarçay kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini Cavid Kərimli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər