Bakı. 27 avqust. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, Günəşli qəsəbəsində 1984-cü il təvəllüdlü Rzayev Şahin Altay oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.