Bakı sakini Sumqayıtda dəm qazından zəhərlənərək ölüb

Bakı. 19 fevral. REPORT.AZ/ Bakı şəhər sakini dəm qazından zəhərlənərək ölüb. "Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, fevralın 18-də Sumqayıt şəhərində kirayədə yaşayan Bakı şəhər sakini Mobil Vəliyev dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41