Bakı sakini sərxoş vəziyyətdə qaldırdığı divanın altında qalıb

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda 37 yaşlı kişi üzərinə divan düşməsi nəticəsində ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Şamil Kazımov küçəsi 21 ünvanındakı mənzillərdən birində yaşayan 1980-ci il təvəllüdlü Babayev Tural Xanmirzə oğlu evdə sərxoş vəziyyətdə divanı qaldırıb. Nəticədə T.Babayev ağırlığa tab gətirməyərək yıxılıb. Divan onun üzərinə düşüb. T.Babayev sınıq xəsarətləri alaraq 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin dəqiq hansı şəraitdə baş verməsi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının araşdırmalarından sonra məlum olacaq.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47