Bakı sakini qonşusunu bıçaqlayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda 43 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi Binəqədi şossesi döngə 7 ünvanında qeydə alınıb.

Orada yaşayan Rasim Şükürov qonşusu Rövşən Günəşova bıçaq xəsarəti yetirib.

 R.Günəşov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08