Bakı sakini özünü yandıraraq intihar edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Məmmədov Əlikram Oruc oğlu yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb. Ə.Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Məlumata görə o, narkotik maddə istifadəçisi olub və narkotik asılılığından əziyyət çəkib.

Digər xəbərlər