Bakı sakini özünü yaşadığı binanın 6-cı mərtəbəsindən ataraq intihar edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı sakini özünü yaşadığı binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. Hüquq-mühafizə orqanlarından "Report"a daxil olan məlumata görə, hadisə Xətai rayonunun Neapol-7 ünvanında baş verib. İntihar edən şəxsin adı Saşa Nikolayevdir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumatda o da bildirilib ki, hadisə zamanı S.Nikolayev sərxoş vəziyyətdə olub və o ailə üzvləri ilə mübahisə etdiyi üçün özünü yaşadığı mənzilin eyvanından atıb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54