Bakı sakini Oğuzda intihar edib

Oğuz rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sincan kəndində qeydə alınıb.

Bakı şəhəri Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Müzəffər oğlu Mustafayev Sincan kəndində evlərdən birinin tavanından özünü asaraq intihar edib.

Məlumata görə, 39 yaşlı Ramil Mustafayevin özünü asdığı ev onun keçmiş həyat yoldaşına məxsus olub. Bir müddət öncə boşansalar da, birgə yaşayıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49