Bakı sakini marketin gözətçisini döyərək 7500 manat aparıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.