Bakı sakini itkin düşdü

Bakıda 54 yaşlı kişi itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə fevralın 4-də, paytaxtın Xətai rayon, G.Şıxlinski küçəsi, ev 22, mənzil 25 ünvanında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Mürvət Səfərov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra M.Səfərovun oğlu hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45