Bakı sakini ehtiyatsızlıqdan “Range Rover”lə oğlunu vuraraq öldürüb

Bakı. 18 aprel. REPORT.AZ/ Bakıda 4 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un xəbərin görə, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 1986-cı il təvəllüdlü Adil İsmayılov yaşadığı həyətdə idarə etdiyi “Range Rover” markalı maşını arxaya verən zaman 4 yaşlı oğlu Ayxanı vurub.

Ayxan İsmayılov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər