Bakı sakini dava zamanı bıçaqlanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bakı sakini dava zamanı bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Bünyadzadə küçəsi dalan 1 ev 50 ünvanında 1984-cü il təvəllüdlü Əliyev Arif Akif oğlu tanıdığı şəxslə dava edib. Dava zamanı o, bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19