Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 4-də Səbail rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan Vasif Vəliyev evlərində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34